İnsanlara hürriyət, millətlərə istiqlal!

BULVARIN BİR HİSSƏSİ YENİDƏN TƏMİRƏ BAĞLANDI (FOTOLAR)

2384 15.02.2013 09:56 Ölkə A A

Kukla teatrı tərəfdən isə Bulvara girişə qadağa qoyulub. Səbəb isə yeni döşənən daş piltələrin sementinin qurumamasıdır.

Bu hal ən çox Bulvarı gəzmək istəyən şəhər sakinlərini narahat edir. Qəmbər Məmmədov adlı paytaxt sakini bizimlə söhbətində görülən işlərin göz aldatmaq üçün olduğunu və təmir adı ilə məmurların milyonları sildiyini vurğulayır: “Təxminən bir saata kimi mən buradkı işləri müşahidə etdim. Heç bir problemi olmayan daşları çıxarıb yerinə bənzərini düzürlər. Ağacların ətrafındakı mərmər çərçivələri çıxarıb sabunlu su ilə yuyurlar. Buna görə də əraziyə lent çəkib insanların bura daxil olmalarına icazə verməməklə yanaşı, onların istirahət hüququnu kobud şəkildə pozurlar. İş icraçıları heç özləri də bilmirlər nə işlə məşğuldurlar”.

Bulvardakı təmir prosesini izləyən digər sakinlərin də öz fikirləri var. Sevinc Əliyeva adlı paytaxt sakin deyir ki, hər il fevral ayında Bulvarın müxtəlif yerlərini söküb, təmir adı ilə bağlayırlar: “İşçilərlrə söhbət edərkən onlar mənə dedilər ki, guya daşlar parçalanıb. Burada ağır tonnajlı maşın və ya texnika hərəkət etmir. İnsan ayağı ilə də daş parçalanar?”.

İş icraçıları və fəhlələr deyir ki, onlar Bakı Bulvar İdarəsinin tapşırığını yerinə yetirilər. Söhbət əsnasında onlar da sökdükləri daş üzlüklərin sağlam olduğunu etiraf edirlər: “İşçi birqadalarına konkret ərazilər tapşırılıb. Sıradan çıxan daş üzlüklərin ərazisi əvvəlcədən müəyyənləşdirib. Sürətli şəkildə həmin daşları söküb, yerinə yenisini yerləşdiririk”.

Məsələ ilə bağlı “Azadlıq” radiosuna danışan Bakı Bulvar İdarəsi rəisinin müavini Nazim Məcidov deyib ki, Bulvardakı daş üzlüklər 2008-ci ildə salınıb: “İdarə son illər çoxlu ağır texnika alıb. Dövlət tədbirlərinin, bayramların, beynəlxalq tədbirlərin müəyyən hissəsi Bulvarda keçirilir. Ona görə də ağırlığa tab gətirməyən ərazilərin daş üzlükləri dəyişdirilir”.

Nazim Məcidov deyir ki, bunlar öncədən planlaşdırılmış işlərdir və hissə-hissə görülür: “Ona görə də keçən ilin qış ayından başlayaraq “Azneft meydanı”ndan Kukla Teatrınadək ərazidəki daşlar dəyişdirildi. Yeniləri həmin formada olan daşlardır. Sadəcə, nisbətən ağır yükə davamlı daşlardır. İndiki də həmin prosesin davamıdır. Bu da son deyil. Ola bilsin, gələn qış bu işlərin müəyyən hissəsi davam etdirilsin. Burda gedən proseslər haqda başqa fikir söyləyən adamlar isə düz adam deyil”.

Nazim Məcidov indiki təmirə sərf olunan məbləğ haqda məlumat verməyib: “Bulvar İdarəsinin böyük büdcəsi var. Bütün işlər də idarənin hesabına aparılır. O ki qaldı çıxarılan üzlüklərə, onlardan da bulvarın piyadalar gəzən hissəsində istifadə olunacaq”.

Fərahim İLQAROĞLU 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR