İnsanlara hürriyət, millətlərə istiqlal!

Bülənt Özərdim: “Sponsorlar siyahısında digərləri də ola bilər”

242 22.10.2019 12:45 İdman A A

"Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına başlanmasına dair mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) ofisində baş tutan tədbirdə Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim iştirak ediblər.

B. Özərdim 5-ci dəfə keçirəcəkləri yarışa marağın daha da artdığını və yeni mövsümdə konsert proqramlarının açıq havada baş tutacağını deyib.

Onun sözlərinə görə, ötən mövsüm əsas sponsor olan SOCAR-la 1 illik əməkdaşlıq artıq bitib: "Yeni mövsümlə bağlı nəsə demək tezdir. Bu, danışıqların gedişindən asılı olacaq. Sponsorlar siyahısında SOCAR da, digərləri də ola bilər. Allah uzaq etsin, heç olmaya bilər".

N. Arpadarai isə yeni layihələrin olacağından söhbət açıb. Dediyinə görə, əsas məqsəd gənclərdə "Formula-1"ə maraq oyatmaqdır.

Qeyd edək ki, 2020-ci ildə keçiriləcək dünya çempionatı ilk dəfə 22 mərhələdən ibarət olacaq. Yarış həmişə olduğu kimi, martın 15-də Avstraliyanın Melburn şəhərində başlayacaq. Mövsüm BƏƏ-nin paytaxtı Abu-Dabidə sona çatacaq. Bu mərhələ noyabrın 29-na təsadüf edəcək. Azərbaycan Qran-prisi isə iyunun 5-7-də keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR