Buna cavab olaraq sayt rəhbərliyi Hafiz Məmmədovun yeznəsi Həbiblə bağlı informasiyaya nəyə görə “Bakı”dan etiraz bildiirlməsinə təəccüb ifadə edərək qeyd edir ki, “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı kontor həqiqətən də bağlanıb.
Saytın yazdığına görə, bukmeker kontorunun bağlanması onun qeyri-rentabelli olması ilə bağlıdır. Məlum olub ki, Hafiz Məmmədovun yeznəsi Həbib beş aydır icarə haqqını vermir, buna görə də obyekt sahibinə 15 min manat borcu yaranıb. Həmin sahibkar isə klub rəhbərinin qohumuna imkan vermir ki, içəriyə daxil olaraq öz avadanlıqlarını götürsün.






