İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yaramaz deyir ki, 1917-ci ilə qədər nə özbək, nə qazax, nə də azərbaycanlı olub

21915 24.01.2024 12:21 Dünya A A

Rusiyalı tarixçi Mixail Smolin NTV telekanalında 1917-ci il inqilabına qədər qazax, özbək və azərbaycanlı kimi xalqların olmadığını deyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Smolin bu sözləri “Görüş yeri” tok-şousunda deyib.

“Qazaxıstan necə meydana çıxdı? Əslində, əvvəlcə RSFSR-in tərkibində Kazax SSR adlanırdı, qazaxlar, ümumiyyətlə, yox idi. Sonra Kazax SSR tərkibində Qırğızıstan SSR yaradıldı, sonra bunlar RSFSR-dən ayrıldı. Orada xalqların yaranması ilə bağlı qərarlar belə könüllü olaraq qəbul edilirdi. Məsələn, özbəklər inqilabdan əvvəl heç vaxt mövcud olmayıb, belə bir etnik ad olmayıb. Onu götürüb bir neçə Orta Asiya xalqından özbəklər yaratdılar. Azərbaycanlılar kimdir, belə bir millət yoxdur”, - tarixçi deyib.

Özbəkistan tarixçinin sözlərinə son dərəcə ağrılı reaksiya verib. Sosial şəbəkələrdə bir çox Özbəkistan vətəndaşları qeyd ediblər ki, dar düşüncəli insanların bu cür bəyanatları Özbəkistan və Rusiya arasında ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərir.

“İki ölkənin siyasətçiləri ölkələr arasında münasibətləri yeni səviyyəyə qaldırmağa çalışsalar da, bu cür dar düşüncəli xarakterlər gərginlik və anlaşılmazlıq yaradır. Biz bu sözlərə cavab verməliyik, Rusiyada ilk dəfə deyil ki, dövlət kanallarında bizim ölkə haqqında pis danışırlar”, - istifadəçilərdən biri qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR