İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu şəhərdə”nin aktyorları danışdı: “Müşfiq söyüş qoyub ki...” – Fotolar

2532 14.10.2019 15:57 Şou-biznes A A

“Nə qədər keyfiyyətli işlərimiz olsa, bir o qədər tez-tez bizi görəcəksiniz. Noyabr ayında isə bizim filmimizin təqdimatı olacaq. Müşfiq söyüş qoyub, ona görə də, ekran əsəri barədə məlumat verə bilmərik".

Bu sözləri musavat.com-a "Bu şəhərdə" komandasının üzvləri, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov deyiblər.

Bir müddət əvvəl Müşfiq Abbasovun "Hamı çəkdi qurtardı, indi biz özümüzü göstərək" fikrinə də aktyorlar münasibət bildiriblər: "Bir az iddialı səsləndi, çünki son zamanlarda çoxlu filmlər çəkildi. Biz onların əziyyətini itirmirik, imkan tapanda qalalarında iştirak edirik. Uşaqlar istedadlıdır, amma kommersiyalı filmlərdə bir az keyfiyyətə və tamaşaçıya hörmətlə yanaşmalıyıq. Tamaşaçıların zövqünü korlamaq günah və qəbahətdir. Gəlin, tələsmədən ölçək-biçək və ortaya normal iş çıxardaq. Amma çox olmağı yaxşıdır. Bu o deməkdir ki, inkişaf edirik. Tamaşaçının gözü tərəzidir. Qoy, onlar da götür-qoy etsinlər".

Əməkdar artistlər film sahəsindəki 11 illik fasilə vermələrindən danışıblar: "Son filmlərimizə baxanda birmənalı şok keçirdirik. Kaş biz onları indiyə kimi saxlayardıq. İndiki tamaşaçılar o ərəfələrdə olan rəqabəti görə bilərdilər. Onlar öz səhvləri, əskikləri ilə o zamanlar çəkdilər. Qoy, onlar o vaxt üçün qalsınlar. İndi ondan-bundan oğurlamayaq, inkişaf edək, utanmadan, çəkinmədən bir-birimizdən öyrənək. Çünki biz filmlərimizlə Avropaya çıxmaq istəyirik. Bu yolda hər kəsə uğurlar arzu edirik". 

Könül,
Musavat.com,
Fotolar Elçin Əkbərovundur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR