Bu qitənin yarısında ABŞ ordusu yerləşdirilib - Foto
ABŞ-ın Afrika ölkələrində ordu saxlaması son günlərdə gündəmə gəlməyə başlayıb. Buna səbəb isə bölgədə ABŞ-ın hərbi fəaliyyətlərini artırmağa başlaması göstərilir. Xəritədə göy rənglə işarələnən ölkələrdə ABŞ əsgərləri yerləşdirilib. Afrika qitəsində ABŞ əsgərinin olduğu ölkələr aşağıdakı kimidir. Burkina Faso ABŞ-ın Burkina Fasonun Oqadoqu bölgəsində 2007-ci ildən hərbi bazası var. Oqadoqudak bazadan ABŞ kəşfiyyat əməliyyatları üçün istifadə edir. Buradan göndərilən cəsus təyyarələri Mali, Mavritaniya və səhra bölgələri üzərində uçuşlar reallaşdıraraq kəşfiyyat məlumatları toplayır.
Konqo
ABŞ-ın Konqodakı hərbi birliyi Cozef Konya bağlı Tanrının Müqavimət Ordusu adlı xristian üsyançı qrupu axtarmaq üçün Konqo ordusuna dəstək verir. Mərkəzi Afrika Respublikası ABŞ MAR-a 2013-cü ilin aprelində 40 əsgər göndərib. Bu birliklər də Tanrının Müqavimət Ordusu adlı qrupu axtarmaq üçün yardım edir.
Çad
ABŞ ötən gün də Çada Boko Haramla mübarizə aparmaq üçün 80 əsgər göndərəcəyini bəyan edib. Cibuti ABŞ-ın Afrikadakı ən böyük hərbi birliyi Cibutidə də var. Lemonnier Düşərgəsində ABŞ-ın 4 min əsgəri var. Efiopiya ABŞ 2011-ci ildən Efiopiyada isə pilotsuz hava təyyarələrini saxlayır. Keniya Keniyanın Somali sərhədində yerləşən Simba düşərgəsində 60 Amerika əsgəri xidmət edir. Buradakı düşərgə 2013-cü ilin noyabrında açılıb.
Mali
ABŞ Maliyə 2013-cü ilin aprelində 10 əsgər göndərib, ancaq buradakı əsgərlər heç bir qarşıdurmalarda iştirak etməyəcək. Yalnız Afrika əsgəriylə bölgədə yerləşən Fransa əsgərləri ilə ünsiyyətə dəstək verir. Niger ABŞ Nigerdə 2013-ci ildə hərbi aerodrom qurub. 100 Amerika əsgəri bura da kəşfiyyat məlumatları toplayır. Somali 2014-ci ilin əvvəllərində təxminən 20 ABŞ əsgəri Somaliyə göndərildi. Buradakı ABŞ əsgərləri Somali ordusuna hərbi təhsil verir. Cənubi Sudan ABŞ 2013-cü ilin dekabrında bu ölkəyə 45 əsgər göndərib. Bu əsgərlər ölkədəki Amerika vətəndaşlarını qorumaqla vəzifələndirilib.
Uqanda
ABŞ Uqandada Tanrının Müqavimət Ordusuyla mübarizə aparmaq və kəşfiyyat məlumatları toplamaq 300 əsgər saxlayır.






