"Son dövrlərdə Rusiyadan gələnlər arasında koronavirusa yoluxma halları daha çox müşahidə edilməyə başlayıb"
Musavat.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, əvvəlki dövrlərdə Avropa qitəsindən təyyarə ilə gələn vətəndaşlarımız arasında koronavirusa yoluxma halı çox olurdu, lakin indi durum fərqlidir:
"Rusiyadan gələnlər arasında koronavirusa yoluxanların sayı 18-20 faiz olub.
Bu göstərici müəyyən dövrlərdə dəyişir və artmağa doğru gedir. Aprelin sonu, mayın əvvəlində quru sərhədlə Rusiyadan gələn 540 vətəndaşın 8-10 nəfərdə pozitiv hal aşkarlanmışdı".
Əli Rais,
Musavat.com






