Yeni Zelandiya hökuməti koronavirusun yayılması səbəbindən martın 25-də elan edilmiş fövqəladə vəziyyət rejimini yenidən uzadıb.
MK bununla bağlı mayın 5-də ölkənin Mülki Müdafiə naziri Peeni Henarenin açıqlamasına əsasən xəbər yayıb.
“Yeni Zelandiyadakı fövqəladə vəziyyət altıncı dəfə yeddi günlük uzadılacaq. Təhlükə səviyyəsini azaltdıqdan sonra bütün nailiyyətlərimizi qeyd etmək üçün xüsusi sayıqlıq lazımdır”, - deyə hökumətin saytında yayımlanan açıqlamada bildirilib.
Oxu.az






