İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə "S-300"lərini Ermənistana VERİR

1960 26.11.2024 09:38 Region A A

Yunanıstanın hava hücumundan müdafiə (HHM) üçün istifadə etdiyi Rusiya istehsalı olan "S-300" zenit-raket kompleksləri və digər iki silah sistemi Ermənistana ötürüləcək.

Musavat.com xəbər verir ki, bu barədə "enikos.gr" portalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Yunanıstan bu sistemləri İsrail istehsalı olan müasir HHM texnologiyaları ilə əvəz edəcək. Bu dəyişiklik, Yunanıstanın müdafiə sistemlərinin modernləşdirilməsi və daha çevik, texnoloji cəhətdən üstün vasitələrdən istifadəyə keçid strategiyasının bir hissəsidir.

Həmçinin vurğulanır ki, Yunanıstan üçün Ermənistana dəstək göstərmək Ukraynaya dəstəkdən imtina etməklə əlaqələndirilir və bu, bir çox strateji səbəblərə əsaslanır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR