İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu müəllimlər sertifikasiya imtahanında iştirak etməyəcək - RƏSMİ

1619 18.06.2023 20:41 Təhsil A A

Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.

Nazirlikdən bildirilib ki, buna müvafiq olaraq həmin təhsilverənlərin iyunun 20-dən 24-dək keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur.

Qeyd edək ki, yaşı 60 və 60-dan yuxarı olan təhsilverənlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı yaxın müddətdə ətraflı məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR