İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu istiqamətlərdə dövlət sərhədi yolunun bir hissəsi bağlanıb

969 15.04.2023 12:43 Son xəbər A A

Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsi bağlanıb.

Musavat.com apa-ya istinadən xəbər verir ki, Zaqatala şəhərinin girişindəki Tala çayı üzərindəki körpünün əsaslı təmiri ilə əlaqədar bu gün saatlarından yolda hərəkət məhdudlaşdırılıb.

Balakən və əks istiqamətdə hərəkət edən bütün növ avtomobillər şəhərin digər girişindəki körpüdən istifadə edəcək.

Qeyd edək ki, təmirə bağlanan körpü 1967-ci ildə istifadəyə verilib. Körpü istifadəyə verilən zaman uzunluğu 132 metr, eni 7 metrdir. 2017-ci ildə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun 124-184-cü kilometrliyində yenidənqurma və əsaslı bərpa işləri aparılan zaman Tala çayı üzərindəki körpü əsaslı təmir edilib. Təmirdən sonra körpüdə hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə 3 metr təşkil edib. Lakin körpüdə təmir aparılan zaman konstruksiya işləri düzgün aparılmadığından körpünün hər iki başı tez-tez dağılaraq yararsız hala düşürdü. Buda avtomobillərtin körpüdən hərəkətində çətinliklər yaradırdı. Demək olar ki, körpünün hər iki başı həftə ərazində iki dəfə təmir edilirdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR