İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ilin beş ayında 1200-ə yaxın şəxs sürücülük hüququndan məhrum edilib RƏSMİ

412 13.06.2020 17:07 Ölkə A A

Bu ilin 5 ayı ərzində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən Musavat.com-a bildirilib ki, bu ilin 5 ayı ərzində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1200-ə yaxındır.

Qeyd edək ki, Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılıb və cəzaların icrasında elektron nəzarət vasitələrinin (elektron qolbaqların) tətbiqi təsbit olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR