İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb

303 21.04.2021 12:44 İqtisadiyyat A A

2021-ci il yanvarın 1-dən martın 31-dək Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə hədəf bazarlara 1,16 milyard kubmetr qaz tədarük edilib. Bu göstərici proqnozlara uyğun olub.

Trend bu barədə TAP-ın səhmdarlarından biri, İspaniyanın "Enagas" şirkətinə istinadən məlumat verir.

Bu müddət ərzində infrastrukturun istismar imkanları 100 faiz təşkil edib:

"Qaz nəqlinin başladığı 31 dekabr 2020-ci ildən martın 19-dək Yunanıstanın Kipoy şəhərindəki interkonnektor vasitəsilə Avropaya qaz tədarükünün həcmi 1 milyard kubmetrə çatıb".

Şirkətdən bildiriblər ki, TAP konsorsiumu iyulun əvvəlində bazar sınaqlarının məcburi mərhələsinin keçirilməsinə hazırlaşır. Bu sınaqlar nəticəsində infrastrukturun buraxılışı gücü illik 10 milyard kubmetr artırıla bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR