İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il rusiyalı milyarderlərin sərvəti 11 milyard dollar artıb

434 01.03.2024 15:15 Dünya A A

2024-cü ilin ilk iki ayında Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 11,084 milyard dollar artıb.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg Billionaires Index (BBI) məlumat yayıb.

Rusiyanın ən zəngin sahibkarı statusunu “Norilsk Nikel” şirkətinin sahibi Vladimir Potanin saxlayıb. Bununla belə, onun kapitalı ilin əvvəlindən 37,1 milyon dollar azalaraq 31 milyard dollara düşüb.

İkinci yerdə “Novatek”in ortağı Leonid Mixelson qərarlaşıb. Onun sərvəti 710 milyon dollar azalıb. Hazırda onun 26,8 milyard dolları var.

“Lukoyl”un həmsahibi Vahid Ələkbərov ölkənin ən varlı sahibkarları siyahısında üçüncü olub. Onun vəsaiti 26,2 milyard dollar qiymətləndirilir. Bu ilin əvvəlində o, sərvətini 1,51 milyard dollar artırıb.

Qeyd olunur ki, milyarderlərin sərvətləri onların pay sahibi olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanıb. Bəzi firmalar üçün hesablama onların kapitallaşmasının EBITDA-ya və ya səhm qiymətinin səhm üzrə mənfəətə nisbətinə əsaslanır.

BBI hazırda dünyanın ən zəngin 500 adamının siyahısını tərtib edir. Buraya Rusiya Federasiyasının 26 vətəndaşı daxildir. Onların ümumi sərvəti 345,11 milyard dollardır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR