İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il narkotiklərin qanunsuz dövriyyəsinə görə 9 qadın, 7 əcnəbi cinayət məsuliyyətinə cəlb edilib

542 19.04.2017 10:23 Son xəbər A A

Bu ilin ilk 3 ayında Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb.


Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, cinayət məsuliyyətinə 639 nəfər cəlb edilib.

Onlardan 1-i 18 yaşadək, 57-i 18-25 yaşadək, 87-i 26-29 yaşadək, 494-ü 30 yaşdan yuxarı, 7-i fəhlə, 1-i qulluqçu və ya maddi məsul şəxs, 578-i işsiz, 630-u kişi, 9-u qadın, 7 nəfəri isə xarici ölkə vətəndaşı olub. Onlardan da ümumilikdə 5 kq-dan artıq narkotik vasitə və psixotrop maddə götürülüb.

Əcnəbilərdən 1-i İran, 3-ü Gürcüstan, 3-ü isə Rusiya Federasiyası vətəndaşı olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR