İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il “İ2B - İdeyadan Biznesə” layihəsinə 2 mindən çox startapçı qoşulub

234 18.10.2019 21:00 Dünya A A

“Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin iqtisadi siyasətində prioritetlərdəndir”.

"Report" xəbər verir ki, bunu “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalında çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, bu il 2 mindən çox startapçı layihəyə qoşulub.

"Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşüncə tərzini inkişaf etdirmək, onları aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçirilir. Nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ inkişafa dəstək verməkdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan İnnovasiyalar Agentliyi startapçılara öz ideyalarını reallaşdırmağa dəstək olur. Startap hərəkatını genişləndirmək, gənclər arasında innovativ düşüncə tərzini inkişaf etdirmək, onları aktiv şəkildə bu prosesə cəlb etmək üçün müxtəlif layihələr, təlimlər, müsabiqələr keçirilir. Paytaxt Bakı və regionlarda keçirilən “İ2B – İdeyadan Biznesə” startap turları da bu məqsədlərə xidmət edir”, – deyə nazir bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR