İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il Azərbaycandan Kərbəla ziyarətinə gedən 3 zəvvar dünyasını dəyişib

811 29.11.2016 12:16 Son xəbər A A
Bu il Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarlardan 3 nəfər dünyasını dəyişib.

Bu barədə "Report"a ziyarətdən qayıdan zəvvarlar məlumat verib. 

Onların sözlərinə görə, gənc zəvvarlardan biri Kərbəla şəhərində yaranmış izdiham zamanı ayaq altında qalaraq dünyasını dəyişib. Daha iki zəvvar isə ayrı-ayrı vaxtlarda vəfat edib.

Bundan başqa, azərbaycanlı zəvvarların olduğu avtobuslardan biri qəza təhlükəsi ilə üzləşib. Belə ki, qarşıdan gələn minik avtomobillərindən biri avtobusun yoluna çıxıb. Lakin sürücünün peşəkarlığı səbəbindən qəza təhlükəsi sovuşub. Xoşbəxtlikdən hadisə zamanı ağır xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları gəlib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR