İnsanlara hürriyət, millətlərə istiqlal!

BU HƏFTƏ VALİDEYNLƏRİ MƏHBUS BLOGGERLƏRİ ZİYARƏT EDƏCƏK

552 11.10.2010 09:04 Ölkə A A
Onun sözlərinə görə, ötən həftə bloggerin yaxın qohumları onu ziyarət edib: “Xəstəliyi keçib, özünü yaxşı hiss edir. Oktyabrın 13-də özüm onun yanına gedəcəyəm”.
Digər məhbus blogger Adnan Hacızadənin atası Hikmət Hacızadə isə oğlunu oktyabrın 12-də ziyarət etməyə hazırlaşır: “Bizimlə yanaşı onu vəkili İsaxan Aşurov tez-tez ziyarət edir. Bilirsiniz ki, məhkəmə oktyabrın 21-nə təyin olunub. Adnan gümrahdır, dostlarına salamı var”.
Xatırladaq ki, Adnan Hacızadə və digər blogger Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib. Qaradağ rayon Məhkəməsi A.Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini təmin etməyib. O, cəzasının tən yarısını çəkib. Apellyasiya şikayəti də bu qərardan verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR