İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gündən Azərbaycanda ictimai hamamların fəaliyyəti bərpa edilir

310 13.12.2021 01:00 Son xəbər A A

Bu gündən – dekabrın 13-dən Azərbaycanda hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa olunur.

Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun dekabrın 11-də imzaladığı “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərarda bildirilir.

Qərara əsasən, hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR