İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gündən Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxıb

3812 02.06.2021 09:05 Son xəbər A A

Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.

Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.

Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR