İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Ümid Partiyasının qurultayının vaxtı dəqiqləşəcək

322 25.05.2013 09:42 Siyasət A A
“Bir neçə rayonda yerli icra hakimiyyətlərinin yaratdığı süni problemlər səbəbindən şöbələrimiz konfranslarını keçirə bilməyiblər. Güman edirəm ki, qurultaya qədər həmin rayonlarda da şöbələrimiz konfranslarını keçirəcəklər. Bizim nizamnaməyə görə qurultayın çağırılma vaxtı və gündəliyi Ali Məclis tərəfindən 30 gün əvvəl elan olunur. Məclisin bü sessiyasında qurultayın gündəliyi və vaxtı elan olunaçaq. Qurultayla bağlı əsas məsələlərdən biri də qurultayın keçiriləcəyi yerlə bağlıdır. Bu məsələ ilə artıq Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi məşğuldur. Bir neçə variant müəyyənləşdirmişik, ən münasib hesab etdiyimiz yerdə qurultayı keçirəcəyik”.
“Qurultayda nə yeniliklər gözlənir, gündəliyə hansı məsələlər çıxarılacaq” sualına cavab olaraq Ə.Ağazadə bildirib ki, qurultay partiyanın ən ali orqanıdır və çox geniş səlahiyyətləri var: “Nizamnamənin tələblərinə uyğun olaraq, qurultayda sədrin və MNTK-nın qurultaylararası dövrlə bağlı hesabatları dinlənəcək və onlara qiymət veriləcək. Partiyanın prezidentliyə namizədi irəli sürüləcək. Bütün seçkili orqanlar - sədr, Ali Məclis və MNTK yenidən seçiləcək. Seçkili orqanların tərkibində dəyişikliklər də ola bilər. Partiyamızın sıralarında gənclərin sayı sürətlə artır və onlar çox iddialı görünürlər. Sözsüz ki, sadaladığım bütün məsələlər qurultay nümayəndələrinin istəyindən aslıdır. Hesab edirəm bu qurultay partiyamızın fəaliyyətinin yeni dövrünün başlanğıcı olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR