İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Tbilisidə parlamentin qarşısında etiraz aksiyası davam etdiriləcək

349 15.11.2019 10:15 Son xəbər A A

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında etiraz aksiyası bu gün saat 19:00-da bərpa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, ötəngünkü aksiyanın bir qrup iştirakçısı gecəni parlamentin binası qarşısında, Rustaveli prospektində qurulan çadırlarda keçirib.

Mərkəzi prospekt avtomobillərin hərəkəti üçün bağlanıb. Polis əməkdaşları ərazidə ictimai asayişə nəzarət edirlər.

Aksiyaçılar ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin yetərli səs toplamamasına etiraz edirlər. Onların əsas tələbi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər.

Aksiyanı parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının liderləri və tərəfdarları da dəstəkləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR