İnsanlara hürriyət, millətlərə istiqlal!

BU GÜN SƏFƏR ƏBİYEVİN MALİKANƏSİ QARŞISINDA AKSİYADIR

7429 09.03.2013 09:58 Ölkə A A

- general-leytenant Yaşar Aydəmirov, MN-in Şəxsi Heyət Baş İdarəsinin Təşkilati Səfərbərlik idarəsinin rəisi;

- general-mayor Vaqif Məmmədov, MN-in Şəxsi Heyət Baş İdarəsinin Tərbiyəvi İşlər idarəsinin rəisi;

- polkovnik Rauf Kişiyev, MN-in Hüquq idarəsinin rəisi;

- polkovnik Eldar Səfərov, MN-in Mətbuat xidmətinin rəisi.

İctimai Birliyin sədri Yaşar Cəfərli tərəfindən imzalanan generallara müraciətdə deyilir: “Hörmətli generallar Yaşar Aydəmirov və Vaqif Məmmədov. Tutduğunuz vəzifələrə uyğun olaraq hər biriniz hərbçilərin, o cümlədən ehtiyatda olan zabitlərin hüquqlarının müdafiəsinə görə məsuliyyət daşıyırsınız.
Hörmətli polkovnik Rauf Kişiyev, tutduğunuz vəzifəyə uyğun olaraq siz Orduda qanunların alilliyinin təmin olunmasına, hərbçilərin, o cümlədən ehtiyatda olan zabitlərin pözulmuş hüquqlarının bərpa olunmasına görə məsuliyyət daşıyırsınız.
MN-in mətbuat xidmətinin rəisi isə orduda gedən proseslər, o cümlədən baş verən qanun pozuntuları barədə ictimaiyyətin məlumatlandırılmasına görə məsuliyyət daşıyır.
Eyni zamanda sizin hər biriniz bir vətəndaş olaraq qarşılaşdığınız qanun pozuntularına qarşı çıxmalı və mübarizə aparmağa borclusunuz.
Diqqətinizə çatdırıram ki, “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 12 maddəsinə uyğun olaraq təhlükəsizlik və müdafiə sektorunda insan və vətəndaş hüquqlarının və azadlıqlarının, bu sahədə çalışan (xidmət keçən) vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsinin vəziyyətinə dair aparılan ictimai araşdırılmar nəticəsində məlum olmuşdir ki, hərbi qulluqçuların xeyrinə çıxarılmış və qanuni qüvvəyə minmiş bir sıra məhkəmə qətnamələri Müdafiə Nazirliyi tərəfindən uzun illərdir ki, icra edilmir.
20.02.2013-cü il tarixəndək təşkilatımıza daxil olan şikayətlərə əsasən icra edilməyən məhkəmə qətnamələrinin sayı 17-yə çatıb.
Onu da qeyd etmək istəyirəm ki, bu yalnız bizim ictimai birliyə daxil olan məlumatlardı. Və yəqin ki, Müdafiə Nazirliyi tərəfindən icra edilməyən qətnamələrin sayı daha çoxdur. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirəm ki, həmin hərbçilər və təşkilatımız qətnamələrin icrası üçün qanunla nəzərdə tutulmuş bütün tədbirlərə əl atsalar da ordu rəhbərliyi qətnamələri icra etməməkdə öz inadkarlığından dönmək istəmir.
Bizim araşdırmalar göstərir ki, uzun illər ərzində qanuni qüvvədə olan məhkəmə qətnamələrin icra edilməməsinə görə məsuliyyət şəxsən Müdafiə naziri Səfər Əbiyevin üzərinə düşür. Biz dəfələrlə bu problemi həll etmək məqsədilə onunla şəxsən görüşməyə cəhd etsək də buna nail ola bilməmişik.
Təəssüf ki, məhkəmə icra orqanlarımız da bu problemin həllində aciz olduqlarını etiraf etməklə yanaşı bizə yardımçı olmaq istəmirlər".
Y.Cəfərov qeyd edir ki, qanuni qüvvədə olan məhkəmə qətnamələrinin uzun illər ərzində icra edilməməsinə görə şəxsən müdafiə naziri Səfər Əbiyev məsuliyyət daşıyır: “Qətnamələrin icrasına nəzarəti həyata keçirən dövlət orqanı kimi Ədliyyə Nazirliyinin hərəkət və hərəkətsizliyinə etiraz bildirmək məqsədilə, sizləri təşkilatımız tərəfindən 9 mart 2013-cü il tarixində saat 15.00-dan 17.00-dək müdafiə naziri Səfər Əbiyevin Yasamal rayonu, hərbi şəhərcik, "Qızıl Şərq" küçəsində yerləşən malikanəsinin və Ədliyyə Nazirliyinin qarşısında təşkil olunması nəzərdə tutulan piketə qoşulmağa dəvət edirəm. Düşünürəm ki, bu sizlər üçün xalqımıza, dövlətimizə və bütün Azərbaycan vətəndaşlarına məmur özbaşınalığına qarşı mübarizədə örnək olan ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarına sadiqliyinizi nümayiş etdirmək üçün əlavə bir şansdır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR