İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Müsavat Məclisinin növbədənkənar sessiyası keçiriləcək

338 29.08.2015 08:15 Ölkə A A

Avqustun 29-da Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası olacaq. Partiyanın Divan üzvü, təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlının “Yeni Müsavat”a verdiyi məlumata görə, sessiyada Müsavat Partiyasının 1 noyabr parlament seçkilərində iştirak edəcək deputatlığa namizədləri təsdiqlənəcək. 

Müsavat Partiyasının seçki qərargahının nə vaxt fəaliyyətə başlayacağına, seçki qərargahının üzvlərinin kimlər olduğuna, sədrin kim olacağına gəlincə, Razim Əmiraslanlı dedi ki, hazırda seçki hazırlığı ilə bağlı ciddi işlər gedir. Seçki qərargahının formalaşması ilə bağlı işlər həyata keçirilir, seçki qərargahının üzvlərinin siyahısı hazırlanır və yaxın günlərdə bu iş başa çatacaq: “Müsavat Partiyasında seçki işini mükəmməl bacaran təcrübəli, peşəkar insanlar kifayət qədərdir. Seçki qərargahının üzvləri məhz belə insanlardan ibarət olacaq. 

Adları isə Məclisin  sessiyasından sonra açıqlayacağıq. Seçki qərargahının rəhbəri də Məclisdə müəyyənləşəcək. 

İndiyə qədər keçirilən seçkilərdə qərargahın rəhbəri Arif Hacılı olurdu. İndi Arif Hacılı partiyanın başqanıdır, ona görə də çox güman ki, seçki qərargahının rəhbəri yeni şəxs olacaq".

R.Əmiraslanlı onu da bildirdi ki, Müsavat Partiyasının seçki platforması da hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. 

E.SEYİDAĞA


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR