İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün istefa verən Vasif Talıbov kimdir? –DOSYE

5332 21.12.2022 13:29 Gündəm A A

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. 

Musavat.com istefa verən Vasif Talıbovun dosyesini təqdim edir.

***

Vasif Yusif oğlu Talıbov (14 yanvar 1960, Aşağı Aralıq, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi.

Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvan MSSR Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlamış, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb.

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmişdir. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilib.

Azərbaycan Respublikası I–IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I–VI çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.

Vasif Talıbov Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 9 – 10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilib.

Vasif Talıbov Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və "Naxçıvan abidələri" ensiklopediyasının redaksiya heyətinin sədridir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.

Naxçıvan Dövlət Universitetinin və Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin fəxri doktorudur.

Vasif Talıbov bu gün - 21.12.2022-ci il tarixində Muxtar Respublika Ali Məclisinin sədrliyindən istefa verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR