İnsanlara hürriyət, millətlərə istiqlal!

BU GÜN ƏHMƏD ŞƏFƏQİN BAKIDA KONSERTİ OLACAQ

2575 18.03.2011 09:58 Ölkə A A

Lakin bu gün bəzi sosial şəbəkələrdə konsertin təxirə salınması haqda məlumat yayıldı. Buna Ə.Şəfəqin martın 2-də yol qəzasına düşməsinin səbəb olduğu bildirildi. Qeyd edək ki, konsertin təşkilatçılarından biri Azəri-Türk Qadınlar Birliyidir. Dünən birliyin sədri Tənzilə Rüstəmxanlı müxbirimizə bildirdi ki, konsertin təxirə salınacağı barədə  məlumat yanlışdır.

Gözəl bəstələrin müəllifi və ifaçısı Əhməd Şəfəq  isə ANS-ə bildirib ki, qəzadan sonra səhhəti normaldır: “Antalyada konsertdən sonra geri qayıdırkən Eskişehirdə qarşımıza bir avtomobil çıxdı. Sürücüm ondan qaçarkən biz yolun kənarına çıxdıq. Orada maşınımız qəzaya uğradı. Mənim sadəcə üzümdə yaralar var idi. Onlar da az vaxt ərzində sağalıb. Prodüserimdə bir az narahatçılıq var idi. İndi heç bir narahatçılığımız yoxdur. Bütün hazırlıqlarımızı görürük. İnşallah çox gözəl, çox tarixi, çox möhtəşəm bir konsert olacaq”.

Xatırladaq ki, konsertdə Ə.Şəfəq səhnəni Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ilə bölüşəcək. Tədbirdə Azərbaycan-Türkiyə qardaşlığına ithaf edilmiş musiqilər, duetlər səslənəcək. Konsertə informasiya dəstəyi Milli.az xəbər portalına məxsusdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR