İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün 800-ə yaxın azərbaycanlının Polşaya təxliyəsi planlaşdırılır

172 02.03.2022 15:55 Ölkə A A

“Bu günə kimi 600-dən çox azərbaycanlı Polşa sərhədini keçib. Bu gün isə 800-ə yaxın azərbaycanlının Polşaya keçməsi planlaşdırılır”.

Bunu Report-a açıqlamasında Polşada azərbaycanlılara dəstək olan diaspor rəhbəri Fərid Cəfərli deyib.

O bildirib ki, təxliyə olunanlardan 100-130 nəfəri Varşavada yerləşdirilib: “Bizim Krakov şəhərində də nümayəndəmiz var. Orada da 50-dən çox həmvətənimiz yerləşdirilib. Onların arasında Aəzrbaycana təxliyə edilənlər də var. Şənbə gününə çarter reysi gözlənilir. Biz burada olan soydaşlarımızı yerlə və qida ilə təmin etmişik. Ümumiyyətlə, 50 nəfərə yaxın şəxs Azərbaycana gedib. Bir çoxlarının Polşada qohumları və qalmağa yerləri olduqlarından burada qalıblar".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR