BU GÜN 65 MİNLİK STADİONUN TƏMƏL QOYMA MƏRASİMİDİR
Xatırladaq ki, iyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bunlardan biri də sözü gedən stadionun təməlqoyma mərasimidir. Rəsmi məlumatlara görə, mərasimdə FİFA prezidenti Yozef Blatterlə, UEFA prezidenti Mişel Platini iştirak edəcəyi gözlənilir. Bundan əlavə, həmən gün AFFA-nın Mərdəkan qəsəbəsində inşa etdirdiyi 6 minlik tutumu olan “Dalğa” stadionunun açılışı da olacaq. Yubiley tədbiri axşam “Buta Palace”da keçiriləcək tədbirlə yekunlaşacaq.
Tədbirdə həmçinin 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin loqotipi də təqdim olunacaq. AFFA keçirəcəyi 100 illik tədbirə bir sıra xarici qonaqları da dəvət edib. UEFA üzvü olan 40-a yaxın federasiya dəvəti qəbul edərək, ölkəmizə gələcək. Təməlqoyma mərasimində ölkə başçısı İlham Əliyevdə iştirak edəcək. Qeyd edək ki, qəzetimizin əməkdaşları ötən həftə tədbirin keçiriləcəyi ərazidə xüsusi reportajda hazırlayıb.