İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu görüntülər sərt tənqid olundu - Evlilik təklifi üçün sevgilisinin gözlərini bağlayıb ... (VİDEO)

966 18.04.2023 18:00 Dünya A A

Avstraliyalı kişinin sevgilisinə qalmaqallı evlilik təklifi böyük səs-küyə səbəb olub.

Musavat.com xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərİ izləyənlər kişini sərt tənqid ediblər.

İzləyicilər "mən belə kişiyə mütləq yox deyərdim", "ömrümün sonuna qədər subay qalaram" və.s bu kimi şərhlər yazıblar.

Videodan da göründüyü kimi, qara maskalı bir neçə nəfərin avtomobilini qəfil dayandırmasından şoka düşən qadın nə baş verdiyini anlamağa çalışır, əllərində oyuncaq silah olan kişilər isə Vanessanı maşından zorla endirirlər. Başına nə gələcəyindən xəbərsiz olan gənc qadın qorxu içində kişilərə yalvarır, kişilər isə onun gözlərini bağlayıb başqa maşına sürükləməyə çalışırlar.

Yaşadığı böyük qorxudan sonra gözlərini açan qadın qarşısında sevgilsini görərkən göz yaşlarına boğulub. 

Sözügedən görüntüləri təqdim edirik:

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR