“Vladimir Putinlə keçirdiyi rüsvayçı mətbuat konfransından sonra Helsinkidən ABŞ-a döndükdə Donald Tramp ona qarşı bu qədər qəzəb və dəhşət dolu tənqidlərini ifadə edən siyasətçilərin çoxluğundan təəccübənib”.
Musavat.com xəbər verir ki, bu cümlə “Vanity fair” jurnalının yazarı Qabriel Şermanın məqaləsində yer alıb.
Müəllif adını çəkmədiyi Ağ Evdəki respublikaçı funksionerə istinadən, D.Trampın onu müdafiə edən insanların həddindən artıq az qalmasından pərt və əsəbi olduğunu yazıb.

“Trampın çıxışı Ağ Evdə əsl dəhşət ssenarisi effekti yaradıb”, - deyə mənbə bunu da əlavə edib.
Onun sözlərinə görə, milli təhlükəsizlik məsələləri üzər müşavir Con Bolton prezidentin sözlərini olduqca ziddiyətli hesab etsə də, gələcəkdə onu zəif duruma sala biləcəyi baxımından susmağa üstünlük verib.
Lakin Ağ Ev aparatının rəhbəri Con Kelli öz hisslərini cilovlaya bilməyib. O, Donald Trampa mətbuat konfransındakı davranışlarının prokuror Robert Müllerin təhqiqatı fonunda situasiyanı daha da qəlizləşdirəcəyini söyləyib.

Con Kelli
C.Kelli hətta prezidentə mətbuat konfransındakı sözlərini geri almaq üçün təzyiq də göstərib. 3 əlavə mənbənin bildirdiyinə görə, Con Kelli respublikaçı konqresmenlərə zəng edərək, onları Tramp əleyhinə danışmalarının “xeyir-dua”sını verib.
“Tramp bu anda divara qısılmış vəziyyətə salınıb,” - deyə Şerman yazır.
Elə bunun nəticəsidir ki, Donald Tramp mətbuat konfransında söylədiyi sözlərini sonradan inkar etməli olub.

“Mən konfransda səsləndirilən fikirlərimə aydınlıq gətirmək istəyirəm. Orada mən “Mən Rusiyanın bütün bunların (seçkilərə müdaxilə və haker hücumları nəzərdə tutulur) arxasında olması üçün səbəb görmürəm” ifadəsini işlətmişəm. Əslində isə həmn cümlə belə olmalı idi: “Mən bütün bunların arxasında Rusiyanın olmaması üçün səbəb görmürəm”, - deyə Tramp məcburən öz sözündən dönməli olub.
Musavat.com






