İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ədviyyatın koronavirusa faydalı olduğu yazıldı... - Satışı rekord qırır

1359 29.03.2020 21:31 Maraqlı A A

Koronavirusun pandemiyaya çevrildiyi vaxtda alimlər bu bəladan qurtulmaq və ya virusa yoluxmağın qarşısını almaq üçün müxtəlif müalicə üsulları təqdim edirlər.

Musavat.com Sondakika.com-a istinadən xəbər verir ki, insanlar müxtəlif yollarla xəstəliyə qalib gəlməyə çalışırlar.

Sosial şəbəkələrdə sumağın virusa qarşı immuniteti yüksəltməsi ilə bağlı yayılan xəbərlər Türkiyədə onun alışını artırıb.

Satıcılar insanların kütləvi şəkildə sumaq aldığını və bu ədviyyata olan tələblə bağlı onun qiymətinin ikiqat bahalaşdığını deyirlər.

Alimlər isə sumağın virusun müalicəsinə təsiri ilə bağlı hansısa elmi sübutun olmadığını qeyd edirlər.

https://www.sondakika.com/haber/haber-korona-virusune-iyi-geldigi-iddialari-sumak-13062412/

Toğrul İsmayıl,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR