İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu dəyişiklik turizmin inkişafını əngəlləyəcək

1242 20.05.2019 14:57 İqtisadiyyat A A

Vüqar Bayramov: “Avropaya 5 illik viza pulsuzdursa, Azərbaycana 2,5 illik viza necə 350 dollar ola bilər”?

Ötən həftə Milli Məclisdə müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi parlametn üzvləri tərəfindən ciddi şəkildə tənqidlərə məruz qaldı. Əksər deputatlar ali təhsil və məktəbəqədər təhsil müəssisələrinin açılması üçün çox yüksək rüsumların müəttənləşdirilməsinin əleyhinə çıxış etdilər.

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov “Dövlət rüsumu haqqında” qanuna edilməsi nəzərdə tutulan başqa bi dəyişikliyə diqqət çəkir: “Bu layihədə diqqəti cəlb edən bir sıra məqamlar var. Əvvəlla, 2 illik çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları təklif edilir. Maraqlıdır ki, turizimin inkişafının prioritet olduğu bir dövrdə çoxdəfəlik giriş vizası üçün izah edilməsi çətin olan məbləğdə viza rüsumu təklif olunur. Avropa Birliyinin 26 ölkəsinə çoxdəfəlik giriş imkanı verən 5 illik vizanı pulsuz aldığım halda, biz müddəti 2.5 dəfə az olan Azərbaycan vizasını Avropa ölkəsi vətəndaşına 350 dollara təklif ediirik. Bu, təbii ki, turizmin inkişafına birbaşa əngəldir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən bu ilin birinci rübündə ölkəmizə 610,8 min turist gəlib və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz azdır. Göründüyü kimi, bu il ölkəyə gələn turistlərin sayında azalma var. Aprel ayında isə cəmi 0.1 faiz artım olub. Belə olan halda, yüksək rüsumların təklif edilməsinin iqtisadi əsaslarını izah olunması mümkün deyil. Bu rüsumdan dövlət büdcəsinin də ciddi qazancı olmayacaq. Əksinə ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərəcək”.

Ekspert məktəbəqədər təhsil müəssisəsinin açılması üçün nəzərdə tutulan rüsumun da adekvat olmadığı qənaətindədir: “Məktəbəqədər təhsil müəssisələri, yəni uşaq bağçaları açmaq üçün 3 000 manat rüsum təklif olunur. Əksər inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil müəssisələri yaratmaq üçün dövlət subsidiya və ya güzəştli kredit təklif edir, biz isə yüksək rüsumlar ilə yeni bağçaların açılmasının qarşısını alırıq. Halbuki məktəbəqədər təhsil müəssisələrində təhsilin və tərbiyənin keyfiyyətini artırmaq üçün bu sektorda rəqabəti gücləndirməliyik. Nəzarətin artırılması ilə belə müəssisələrin sayının çoxalması bu sahədə daha keyfiyyətli xidmətin təklif olunmasına imkan yarada bilər”.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR