İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu barədə Ramiz Mehdiyevin qalmaqallı açıqlaması var”- Mənimsəmədə ittiham olunan alim danışdı

1206 16.02.2023 13:07 Kriminal A A


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məlumat yayılıb.

Məlumata görə, Səbuhi Hüseynov vəzifəsindən sui-istifadə edərək Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyib.

İddia olunur ki, cinayət əməlində ona İnstitutun kadrlar şöbəsinin müdiri işləmiş həyat yoldaşı Gülüstan İsayeva köməklik göstərib.

Təqsirləndirilən şəxslər ümumilikdə 92 min manat mənimsəmədə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda baş mütəxəssis işləyən Səbuhi Hüseynovun dediyinə görə, həyat yoldaşı ilə birlikdə uzun müddət Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləyib.

Səbuhi Hüseynov Musavat.com-a bildirib ki, 2021-ci iyul ayında özü və həyat yoldaşı tərəfindən akademiyanın o zamankı prezidenti Ramiz Mehdiyevə şikayət məktubu yazıblar.

S.Hüseynov deyib ki, hələ 2018-ci ildə bu barədə mətbuatda çağırışları olub:

“O zaman iş məhkəməyə qədər getdi, amma barışıq oldu. Bu barədə mətbuatda çox yazılıb. Ramiz Mehdiyevə də şikayətim çox sahəli olsa da əsas məsələ 14 nəfərin ekspedisiya pullarının ekspedisiya rəhbərinin əmək haqqı kartına köçürülməsi idi. İnstitutda 2021-ci ilin sentyabrında yoxlama oldu. Nəticədə bir çox sahələrdə, həm də ekspedisiyalar üzrə mənimsəmə faktları aşkarkandı. Bu barədə imzalı olaraq əlimizdə arayış da var. Bundan sonra institutun sabiq direktoru Maisə Rəhimova səhhətinə görə öz ərizəsi ilə işdən azad edildi. Hətta dedilər ki, baş mühasib Zürriyə Cəfərova da işdən azad edilsin. Lakin bu günə kimi işləyir. Amma həyat yoldaşım işdən azad olundu. Yasamal Rayon Məhkəməsi yoldaşımı işə bərpa etdi. Lakin bundan qəzəblənən Abbas Seyidov bizi hədələdi ki, geri addım atmasaq, bizi həbs etdirəcək. Belə də oldu. Sizcə, bu, qərəz deyil? Əgər korrupsiya əməlimiz var idisə niyə 5 ay gözləyib? Bu barədə diqqət etsəniz Ramiz Mehdiyevin qalmaqallı açıqlaması var. Hətta Abbas Seyidov 2022-ci ilin fevral ayında Ramiz Mehdiyev barəsində tənqidi fikir söyləyənlərə qarşı çıxırdı. Bütün bu detallara diqqət yetirsəniz hər şey gün kimi aydın olacaq”.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR