İnsanlara hürriyət, millətlərə istiqlal!

BŞTİ şagirdin ikinci mərtəbədən tullanması ilə bağlı videoya münasibət bildirib

661 08.05.2019 16:56 Təhsil A A

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı məktəblərdən birində şagirdin dərsdən qaçarkən ikinci mərtəbədən yerə tullanması ilə bağlı videoya münasibət bildirib.

İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan videogörüntünün hansı məktəbə aid olduğu bəlli olmasa da, bu kimi hallar yolverilməzdir.

"Məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Videogörüntünün hansı məktəbə aid olduğu müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək. Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi qabaqlayıcı tədbirlər görülür" - deyə, İdarənin cavabında bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR