“Prezident İlham Əliyevin Brüssel səfəri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın möhkəmlənməsi, yeni müzakirə mühitinin yaradılması baxımından çox əhəmiyyətlidir. Səfər çərçivəsində ölkə başçısının keçirdiyi bir sıra görüşlərdə Azərbaycanın etibarlı tərəfdaş olduğu diqqətə çatdırılıb. Prezidentin həm Dağlıq Qarabağ münaqişəsi, həm də tərəfdaşlıq saizişinin imzalanması ilə bağlı tutduğu qətiyyətli mövqe cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Ölkə başçısının tutduğu sarsılmaz mövqe dövlətimizin milli maraqlarına uyğundur”.
Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Prezidentin Brüssel səfərinin yekunları barədə danışarkən deyib.
Aİ-ı Şurasının Prezidenti Donald Tuskun Azərbaycanla bağlı fikirlərinə diqqət çəkən Ramin Əhmədov, bildirib ki, bu ölkəmizin regiondakı iqtisadi və siyasi çəkisinin göstəricisidir: “Donlad Tusk prezident İlham Əliyevlə görüş zamanı Azərbaycanla bağlı müsbət fikirlər səsləndirib. Bu görüş Azərbaycan üçün böyük əhəmiyyətə malikdir və Avropa İttifaqı bir daha ölkəmizi etibarlı tərəfdaş kimi tanıdı. Ümumilikdə, prezident İlham Əliyevin digər avropalı rəsmilərlə keçirdiyi görüşlərdə də Azərbaycana və onun liderinə yüksək etimad, hörmət, böyük diqqət, sayğı nümayiş etdirildi. İttifaqın Azərbaycanla əməkdaşlığa can atmasının təməlində prezident İlham Əliyevin iqtisadi zəkası, düzgün siyasi manevrləri və sarsılmaz milli mövqeyi dayanır”.
![]()
YAP rəsmisi bildirib ki, Azərbaycanın prioritetləri, milli maraqları var və bu mövqedən ölkəmizi heç bir güc çəkindirə bilməz: “Avropa İttifaqı ilə tərəfdaşlıq saizişinin bizim üçün həm siyasi, həm də iqtisadi önəmi var. Bu saizişin imzalanması ilə Azərbaycan Avropa dövlətləri ilə əməkdaşlıqda yeni mərhələyə qədəm qoyur. Ölkəmizin xarici siyasətdə prioritetlərindən biri Avropa İttifaqı ilə isti münasibətlərdir. Azərbaycanın İttifaqla bir çox sahələrdə, xüsusilə, enerji təhlükəsizliyi sferasında geniş əlaqələri mövcuddur. Hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair sənəd hazırlanır. Əsas müzakirə mövzusu ilə enerji və ticarət məsələləridir. Hər bir tərəf öz mövqeyini müdafiə edir. Azərbaycanın sərhəd toxunulmazlığı ilə bağlı mövqeyi dəyişməzdir. Ölkəmiz iqtisadi məsələlərdə də qəti mövqeyini ortaya qoyur və öz ticari, iqtisadi maraqlarını diqtə edir. Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu iqtisadi və siyasi anlaşmaların imzalanmasının tərəfdarıdır. Hansısa gücün Azərbaycana öz maraqlarını diqtə etməsi qəbuledilmezdir. Azərbaycan prezidenti bir daha nümayiş etdirdi ki, o, milli maraqları heç nəyə qurban vermir”.






