İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel qorxu içərisindədir

1253 22.11.2015 15:00 Dünya A A

Musavat.com xəbər verir ki, hər zaman izdihamlı olması ilə tanınan Grand Palace meydanı dünəndən etibarən boşdur və meydan silahlı əsgərlər tərəfindən qorunur.

Məlumata görə, Brüssel Bələdiyə rəhbəri Yvan Mayeur şəhərin mərkəzindəki bar və restoranların yerli saatla 20:00-da bağlanmasını istəyib.

Yeni il şənliyində sıx olması gözlənilən şəhərin bir çox obyektləri bağlanılıb.

Fransız sənətçi Johnny Hallday-in bu gün baş tutacağı konserti də mart ayına təxirə salınıb.
 
Aygün SƏFƏRLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR