İnsanlara hürriyət, millətlərə istiqlal!

Brityaniya şahzadəsi Uilyam qardaşının irqçiliklə bağlı ittihamlarına cavab verib

936 11.03.2021 22:06 Dünya A A

Böyük Britaniya taxtının varisi şahzadə Uilyam qardaşı Harrinin onu və ailəsini irqçilikdə ittiham etdiyi müsahibəyə münasibət bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Uilyam bununla krallıq ailəsindən məsələ ilə bağlı mövqeyini açıqlayan ilk nümayəndə olub.

“Biz qətiyyən irqçi ailə deyilik”,-deyə şərqi Londonda bir məktəb ziyarətindən qayıdan şahzadə çıxışda jurnlaistlərin suallrını bu cür cavablayıb. Şahzadə Uilyam səs-küylü müsahibədən sonra qardaşı ilə hələ danışmadığını da bildirib.

Şahzadə Harri narko-klinikaya düşüb

Xatırladaq ki, Sasseks hersoqu və hersoginyası (Harri və onun xanımı Meqanın rəsmi titulu-red.) amerikalı populyar aparıcı Opra Uinfriyə verdikləri müsahibədə rəsmən krallıq ailəsinin onlara qarşı diskriminasiya siyasəti tətbiq etməkdə suçlayıb.

Harrini sözlərinə görə, ilk övladları Arçi hələ dünyaya gəlməzdən qabaq onun rənginin necə olması ilə bağlı ailədə ciddi narhatlıq hökm sürüb. Evli cütlük məhz irqçi xarakterli hücumlara görə Bpyük Britaniyanı tərk etdiklərini söyləyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR