Dünya ulduzu Britni Spirsin keçmiş həyat yoldaşı, aktyor Ceyson Aleksandr 3-cü dəfə həbs olunub.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, aktyor bu dəfə adı açıqlanmayan şəxsi təqib etdiyi üçün məsuliyyətə cəlb olunub. Məlumata görə 30 min dollarlıq girovla "Williamson County" həbsxanasında saxlanılan Aleksandrın dinləməsi fevralın 17-nə təyin edilib. Rəsmilər onun kimi təqib etməsini açıqlamayıb.
Xatırladaq ki, bu, Aleksandrın ilk həbsi deyil. 40 yaşlı aktyor ötən il iki dəfə həbs olunub. O, ilk dəfə 2021-ci ilin yanvarında Neşvilldə, daha sonra həmin ilin avqustunda Tennessi ştatının paytaxtındakı hava limanında təhlükəsizlik xəttini kəsib qadağan olunmuş əraziyə daxil olmağa cəhd etdiyi üçün həbs olunub. O, daha sonra 2500 dollar girov qarşılığında sərbəst buraxılıb. 40 yaşlı aktyor bu barədə "İnstagram" səhfəsində yazaraq axmaq bir şeyə görə qandallandığını bildirmişdi.
Xatırladaq ki, Britni Spirs uşaqlıq dostu Ceyson Aleksandr ilə 2004 -cü ildə
spirtli içkinin təsiri altında Las-Veqas kilsəsində nikaha girib. Lakin bu evliliyin ömrü cəmi 55 saat çəkib.
Britni Spirs hazırda özündən xeyli cavan iranlı nişanlısı Sam Aşğari ilə birlikdədir.
Xalidə Gəray
Musavat.com






