İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın keçmiş və indiki XİN rəhbərləri baş nazirlik uğrunda mübarizə aparır

520 20.06.2019 22:21 Son xəbər A A

Britaniyada baş nazirlik uğrunda keçirilən səsvermədə son iki namizəd müəyyənləşib.

APA-nın London bürosunun “BBC”yə istinadən verdiyi xəbərə görə, səsvermə nəticəsində Britaniyanın keçmiş xarici işlər naziri Boris Conson 160 səslə rəqiblərini qabaqlayıb.

Britaniyanın hazırkı xarici işlər naziri Ceremi Hunt isə 77 səs toplayıb. Ərzaq və kənd təsərrüfatı naziri Maykl Qouv isə 75 səs toplayaraq yarışdan kənarlaşdırılıb.

Beləliklə, Britaniyanın keçmiş və indiki XİN rəhbərləri baş nazirlik və Mühafizəkarlar partiyasının liderliyi uğrunda mübarizəni davam etdirən son iki namizəd olub.


Qeyd edək ki,Britaniyanın yeni baş nazirinin adının təxminən 22 iyul tarixində açıqlanması gözlənilir.

 

Aytən Abbaslı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR