İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı politoloq: "Şuşa Media Forumu hər səviyyədə fantastik hadisə idi!"

475 25.07.2023 01:12 Gündəm A A

"Şuşa Media Forumu dünya mediası üçün ən son tendensiyaları, imkanları və təhlükələri müzakirə etmək, bir araya gəlmək üçün misilsiz fürsət oldu".

Bu sözləri Şuşa Media Forumunda iştirak etmiş məşhur britaniyalı politoloq Neil Vatson Musavat.com-a açıqlamasında deyib.

Əcnəbi politoloq keçirilən forumla bağlı təəssüratlarını bu cür bölüşüb:

"Birincisi, Ermənistan-Azərbaycan sülh danışıqlarındakı mövcud vəziyyət və müasir texnologiyaların xəbər və informasiyadan istifadə tərzimizi necə dəyişdirdiyi də daxil olmaqla, çoxsaylı mövzularda Prezident Əliyevdən müsahibə götürmək üçün jurnalistlərin misilsiz şansları oldu. Prezident İlham Əliyev Azərbaycan, rus və ingilis dillərində müsahibə verərək, bacarıqlarını nümayiş etdirdi.

İkincisi, bu, jurnalistlər üçün jurnalistikanı dəyişdirən ən son problemlər, xüsusilə süni intellekt (AI), münaqişə zonalarında, o cümlədən Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsini işıqlandırarkən həyatını itirmiş jurnalistlər üçün saysız-hesabsız risklər haqqında məlumat toplamaq üçün əla fürsət idi.

Üçüncüsü, 28 il qeyri-qanuni şəkildə erməni işğalı nəticəsində viran qalmış Şuşanın, məscidlərin, XVIII əsr evlərinin və Vaqifin məqbərəsinin yenidən qurulması işini görmək əvəzsiz fürsət idi.

Tədbir həm də Azərbaycan mətbuatı gününə təsadüf etdiyi üçün burada 150 ildən çox keçmişə aid satirik “Molla Nəsrəddin” və “Müsavat” da daxil olmaqla, qəzetlərin əvəzsiz sərgisi açıldı.

Qala konsertdə isə İsfar Sarabski, Fidan Hacıyeva, Natiq və onun Ritm Qrupu da daxil olmaqla ən yaxşı musiqiçi və rəqqaslar iştirak edirdi.

Bir sözlə, Şuşa Media Forumu hər səviyyədə fantastik hadisə idi!"

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR