Böyük Britaniya Nazirlər Kabinetinin üzvləri Krallıq ilə Avropa İttifaqı arasında hələ tamamlanmamış müqavilənin layihəsini müzakirə ediblər.
Baş nazir Tereza Mey bu məsələ ilə bağlı 95 faiz razılaşmanın əldə olunduğunu, ancaq Şimali İrlandiya ilə sərhəd məsələsində heç cür razılığa gəlinmədiyini bildirib. Bu da Şimali İrlandiyanın hər iki tərəf arasında mübahisəli ərazi olduğunu göstərir.
Böyük Britaniya 2019-cu il martın 29-da Avropa İttifaqını tərk edəcək. İttifaqın baş müzakirəçisi Maykl Barniyer isə bu istiqamətdə daha çox çalışmalı olduqlarını söyləyib.






