İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı deputatlar özlərinə "Brexit" haqqında qanuna layihəsinə baxmaq hüququ veriblər

330 04.09.2019 05:00 Son xəbər A A

Baş nazir Boris Consonun hökuməti ötən gün Britaniya parlamentinin İcmalar palatasında ilk məğlubiyyətini yaşayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, azlıqda olan hakim Mühafizəkarlar partiyasının nazir üzvü müxalifətin təşəbbüsünü dayandıra bilməyib.

Belə ki, 27 səs çoxluğu İcmalar palatasına krallığın AB-dən çıxma tarixini başqa bir vaxtadək təxirə salmağa və “Brexit”in Brüssel ilə razılaşmadan qarşısını almağa imkan yaradan qanun layihəsinə baxmaq ixtiyarı verib.

Ötən axşam keçirilmiş səsvermədə 328 deputat 4 sentyabr tarixində parlamentin gündəliyinə nəzarət hüququnun İcmalar palatasına verilməsini dəstəkləyib. 301 deputat isə buna qarşı çıxıb. Müxalifət əldə olunmuş hüquqdan istifadə edərək, baş nazir Boris Consonun Brüssel ilə yeni bir müqavilə bağlanmayacağı təqdirdə “Brexit”in sövdələşməsiz həyata keçirilməsi imkanından məhrum etmək üçün çərşənbə günü qanun layihəsini müzakirə etmək və səsverməyə qoymaq niyyətindədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR