“Böyük Britaniya universitetləri daxil olan tələbələrə təhsillərinə bir il ara vermələri müqabilində 1000 funt ödəməyi təkilf edib. Səbəb isə ali məktəblərdə həddən artıq çox tələbənin oxumasıdır”.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “The Times” qəzetində verilib.
Qəzetin xəbərinə görə, Böyük Britaniyanın 24 ən yaxşı universitetini birləşdirən “Rassel eltar qrupu”na daxil olan ali məktəblər belə bir təkliflə çıxış ediblər.
“The Tmes” informasiya azadlığı haqqında qanun üzrə verdiyi sorğu əsasında aldığı məlumatlara istinadən ötən il Nottingem universitetinin 260 tibb fakultəsinə daxil olan tələbəyə təhsillərini 1 il təxirə salmaları müqabilində 2000 funt-sterlinq, 59 aspiranta isə 1000 funt-sterlinq ödəməyə razı olduğunu bildirib. Onlardan yalnız 5-i təklifi qəbul ediblər.
Ekseter universiteti isə psixologiya fakultəsinin magistraturasına girən 40 namizədə ildə 1000 funtluq təzminat ödəyə biləcəyini çatdırıb. 183 tələbədən sadəcə 5-i universitetin təklifi ilə razılaşıb.
2018-ci ildə Mançester universiteti də Menecmentlik kurslarına daxil olan 190 abituriyentə eyni məbləğdə təzminat verə biləcəyini bildilrib.
London imperiya kolleci isə hətta tələbələrə Böyük Britaniyada və ya xaricdə ödənişli əsaslarla 8 aylıq layihələrdə iştirak etmək imkanı verib. Sanderlend universiteti 10 feldşerlik kursunu oxuyan tələbəsinə apreldən sentyabra qədər dərslərə gəlməyəcəyi halda 4 min funt sterlinq ödəyib.
Qəzet bütün bunların Böyük Britaniyanın səhiyyə sistemində həkim və tibb bacılarını çalışmadığı dövrdə baş verdiyinə diqqət çəkir.
Müxalifətdə olan Leyborislər partiyasının kölgə kabinetinin əmək naziri Ancela Reyner univeristelərin belə yollara baş vurmasını “Britaniyanın maliyə sisteminin bərbad hala düşməsinin, habelə universitetlərə giriş prosesinin pozulması”nın əlaməti olaraq göstərib.
Elə tələbələr də universitetlərin təhsil və elmi araşdrımalara deyil, daha çox pullu gənclərin cəlb olunmasına diqqət yetirməsindən şikayətlənirlər.
Milli tələbə ittifaqının vitse-prezidetni Kler Sosienski Smitin sözlərinə görə, universitetlər tələbənin qəbulu zamanı onun düşgün şəkildə tədris eidlməsi üçün resurslara malik olduğuna zəmanət verməlidirlər.
Musavat.com






