İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada başı örtülü qadınlara hücumlar artıb

1868 21.08.2014 19:47 Son xəbər A A


“Reuters” agentliyinin hazırladığı geniş reportaj Böyük Britaniyada yaşayan gənc müsəlman qızların başını örtməsi ilə bağlı ortaya çıxan problemlərə həsr olunub. 


... Gənc işçi Samrin Faruq Londondakı küçələrin birində təhqir olundu. Bundan sonra 18 yaşlı qız qərara aldı ki, bu kimi davranışlara qarşı mövqe nümayiş etdirmək gərəkdir.  Elə o vaxtdan da başı örtülü gəzir.
Faruq Britaniyada yaşayan o gənclərdəndir ki, müxtəlif səbəblərdən başlarını örtməyi lazım biliblər. Onlar bununla ətrafdakı  insanlara hansı dinin daşıyıcısı olduqların bəri başdan öz görüntüləri ilə bəyan edirlər. Bu isə o qədər də asan məsəl deyil. Çünki son vaxtlar başı örtülü qadınlara qarşı zorakılıq daha da güclənib. 
Belə bir fikir yayılıb ki, gənc müsəlman qızlar ya ərləri, ya da ailələri tərəfindən başı örtülü gəzməyə məcbur edilirlər. Araşdırmalar və gənc müsəlman qızlardan götürülən müsahibələr isə tamam əks nəticələrlə yekunlaşıb. Bəlli olub ki, müsəlmanların azlıqda olduğu ölkələrdə qadınlar könüllü şəkildə başı örtüklü gəzməyə üstünlük verirlər. 
Öz hərəkətlərimə müstəqil şəkildə cavabdehlik daşıyıram. Başı örtüklü gəzmək şəxsi qərarımdır”, mağazada satıcı köməkçisi işləyən Faruq deyir. O, həm də Londonun şərqindəki Leyton qəsəbəsində fəaliyyət göstərən İslamçı Gənclər Mərkəzində könüllü olaraq çalışır. 
Britaniyanın 63 milyonluq əhalisinin yalnız 5 faizi müsəlmandır. Təəssüf ki, müsəlman qadınların neçə faizinin müxtəlif baş örtüyü növlərindən  istifadə etməsi barədə heç bir statistik məlumat yoxdur. 
Ancaq bəlli olan odur ki, başı örtüklü qadınlara son vaxtlar hücumlar artıb.
25 yaşlı Şanza Əli Londonda müsəlmanların idarə etdiyi qeyri-hökumət təşkilatında çalışır. O, deyir ki, Pakistanda doğulub, onun pakistanlı anası heç vaxt baş örtüyündən istifadə etməyib. Ancaq o da, onun bacısı Sundas da 20 yaşında başlarını örtməyə qərar veriblər. 
“Qərara gəldim ki, müsəlman kimliyimi ortaya qoyum, elə o vaxtdan da başı örtüklü gəzirəm”, Şanza öz ailəsinin evində “Reuters”ə deyib. Agentlik mənzili təsvir edərkən bildirir ki, Londonun şərqindəki evdə divarlara ailə şəkilləri ilə yanaşı ibadət üçün istifadə olunan kiçik xalılar da asılmışdı. 
“Bəzən sən unudursan ki, sənin başın örtülüdür, ancaq sən başını örtməyi heç vaxt unutmursan. Sən həmişə bunu yada salırsan ki, sənin xarakterin sənin görüntündən daha önəmlidir”, müsəlman xanım deyir.
KÜTLƏDƏN FƏRQLƏNMƏK 
Şaista Cohir Böyük Britaniyada Müsəlman Qadınları Şəbəkəsinin sədridir. O, deyir ki, 2011-ci ilin 11 sentyabrında Nyu-York, 2005-ci ilin 7 iyununda London terrorçular tərəfindən hücuma məruz qalandan sonra siyasi çevrələrdə və xalq arasında müsəlmanlara qarşı inamsızlıq gücləndi və belə bir fonda başı örtüklü qadınların sayı artmağa başladı.
“Bəzi qadınlar başı örtülü gəzməklə digərlərindən fərqli olduğunu göstərmək istəyir. Yəni, onların heç bir öhdəliyi olmasa da könüllü şəkildə başların örtürlər, sanki deyirlər ki, biz buyuq, müsəlmanıq”, sədr əlavə edir. 
Onu da vurğulayır ki, hazırda bu məsələ Britaniya dəyərləri mövzusunun müzakirəsi zamanı tez-tez gündəmə gəlir. 
Məsələn, son ildə məhkəmədə üzü örtülü qadının şahidlik etməsi uzun-uzadı müzakirə olunub. Bəziləri təklif edirlər ki, bir çox Avropa ölkələrində olduğu kimi, Britaniyada da müsəlman qadınların sifətlərini tamamilə örtməsi qadağan olunmalıdır. 
Ümummilli müzakirələrin sonunda kompromis qərara gəlindi ki, qadın məhkəmə zamanı başı örtüklü ola bilər. Ancaq o, şahidlik ifadəsi verərkən başıaçıq olmalıdır. 
Bir çox müsəlman alimləri deyirlər ki, müsəlman xanımların üzlərinin bütövlükdə örtməsi dindən daha çox xalqın mədəniyyəti ilə bağlı məsələdir. 
Anti-müsəlman hücumların qeydə alan “Tell MAMA”nın son vaxtlar yaydığı hesabatdan bəlli olur ki, Britaniyada bu kimi hücumlar 100 faiz artıb. Birinci il aparılan monitorinqlər zamanı “Tell MAMA” müəyyən edib ki,2012-ci ilin aprelindən 2013-cü ilin aprelinə qədər 584 belə hücum qeydə alınıb. Bu hücumlarınsa 74 faizi İnternetdə baş verib. 
Fiziki xəsarətlə müşahidə olunan hücumlarda isə qadınlar daha çox hədəf seçilir. Müsəlmanlara qarşı olan hər 10 hücumdan 6-sı və ya 58 faizi müsəlman qadına qarşı yönəlib. Müsəlman qadınlara qarşı olan hücumlar zamanı isə başı örtüklü qadınlar daha çox hədəf olurlar: 100-də 80 faiz onların payına düşür. 
2013-ci ilin martından 2014-cü ilin fevralına kimi 734 bu kimi insident qeydə alınıb. Hücum edənlərin 54 faizi qadınları hədəf alıb. Londonda hərbi paltarda olan Li Riqbinin islamı qəbul etmiş 2 nəfər tərəfindən öldürlməsindən sonra müsəlmanlara münasibət kəskin şəkildə pisləşib. 
”Tell MAMA” onu da vurğulayıb ki, başı örtüklü qızlara əsasən gənc britaniyalı oğlanlar hücum edirlər. 
ZORAKILIQ BAŞ ÖRTÜYÜNÜ ARADAN QALDIRA BİLMƏZ 
Təşkilat agentliyə onu da bildirib ki, zorakılıqlar artdıqca, müsəlman qadınları arasında baş örtülü gəzənlərin sayı artır. Hələ indiyə qədər belə hücumlara məruz qalan hansısa müsəlman qadının baş örtüyündən imtina etməsi faktı qeydə alınmayıb. 
17 yaşlı Yasmin Nevza deyir ki, hicab onu başqalarından fərqləndirir: “İndiki baş örtükləri çoxrənglidir, yaraşıqlıdır, qızları daha çox özünə çəkir. Ancaq düşünürəm ki, üzün bütövlükdə örtülməsi xoşagəlməz atmacalara impuls verir”.



Elbəyi Həsənli, Sürix 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR