İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Tehrandakı səfirinin saxlanmasını pisləyib

470 13.01.2020 02:15 Dünya A A

Rəsmi London Britaniyanın İrandakı səfirinin həbsini "beynəlxalq hüququn kobud şəkildə pozulması" kimi qiymətləndirib.

Rob Macaire İranda çərşənbə günü hərbi qüvvələr tərəfindən vurulmuş sərnişin təyyarəsində həlak olanların yad edilməsi mərasminə qatıldıqdan sonra saxlanılıb.

Saxlanmazdan və nümayişin təşkilinə kömək etməkdə ittiham olunmaqdan əvvəl o, həmin ərazini, matəm mərasimi etiraz aksiyasına çevriləndə, tərk edib.

İranın xarici işlər nazirinin müavininin bildirdiyinə görə, o, "qanunsuz toplanışda naməlum əcnəbi sayılaraq" saxlanılıb.

Cənab Macaire şənbə günü baş vermiş saxlanma hadisəsindən sonra bazar günü İran Xarici İşlər Nazirliyinə çağrılıb.

Cənab Macaire-nin tutulduğunu inkar edən İranın xarici işlər nazirinin müavini Seyid Abbas Arağçı Twitter-də bildirib ki, polisdən Britaniya səfirinin tutulduğunu ilk dəfə eşitdikdə "bunun mümkünsüz olduğunu" düşünüb.

Telefon danışığı zamanı cənab Macaire-nin şəxsiyyəti təsdiqləndikdən sonra o, 15 dəqiqədən sonra sərbəst buraxılıb, cənab Arağçı qeyd edib.

Twitter-də cənab Macaire etirazlarda iştirak iddiasını rədd edib və Britaniyanın Xarici işlər naziri Dominic Raab onun saxlanmasını pisləyib.

Macaire şənbə günü tədbirinə qatılmasını "hörmət bildirmək istəyi əlaməti" olduğunu söyləyərək qurbanlardan bəzilərinin Britaniya vətəndaşı olduqlarını da qeyd edib.

Səfir əlavə edib: "Diplomatların tutulması, əlbəttə ki, bütün ölkələrdə qanunsuzdur."

Etirazçılar Tehran küçələrinə çıxaraq rəsmi şəxslərə qəzəb hisslərini bildiriblər, Ukrayna sərnişin təyyarəsinin vurulmasını inkar etdiklərinə görə onları yalançı adlandırıblar.

Şənbə günü İran 176 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından üç gün sonra həmin təyyarənin hərbçilər tərəfindən "təsadüfən" vurulduğunu etiraf edib./BBC Azərbaycanca/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR