Bir neçə gün öncə, may ayının 6-da Meqan Markl və şahzadə Harri ilk dəfə övlad sahibi olublar. Cütlüyün dünyaya gələn oğlan uşağı Britaniya taxtının yeddinci varisi olub. Meqan Markl və şahzadə Harri övladlarının şəklini mətbuatla bölüşüb və adını açıqlayıblar. Britaniya taxtının yeddinci varisinin adı Archie Harrison Mountbatten-Windsor olub.
Bu uşağın dünyaya gəlməsi ilə onun üçün xərclənən pullar da gündəmə gəlib. İddialara görə, uşağın doğumundan əvvəlki və sonrakı bütün lazımı proseslər üçün 1 milyon dollardan çox pul xərcləyib.
Məşhur “The Sun” qəzeti kral ailəsinin gəlininin iddia edilən xərcləmələrinin siyahısını dərc edib.

Musavat.com sizə həmin siyahını təqdim edir:
Nyu York “BABY SHOWER”: 200 min dollar
Meqan Markl rəfiqəsi Serena Uilyams ilə birlikdə Nyu Yorkda təşkil etdiyi “BABY SHOWER” partisinə 200 min dollar xərcləyib. Parti “The Mark” oteldə baş tutub.

Nyu Yorka uçan təyyarə: 125 min dollar
Meqan Markl ABŞ-a bu partiyə getmək üçün özəl təyyarədən istifadə edib. Təyyarənin gediş-gəlişi üçün 125 min dollar pul ödənilib.

Malikanə təmiri: 50 min funt-sterlinq
Meqan və Harrinin Londondan 45 dəqiqəlik məsafədə yerləşən malikanəsinin yenidənqurma işləri üçün 50 min funt-sterlinq pul xərclənib. Cütlük “Frogmore Cottage” adlı malikanəyə 2019-cu ilin əvvəlində köçüb.

Akunpunktur (iynəbatırma) terapiyası: 8 min 700 avro
Meqan Marklın hamiləlik dönəmində akunpunktur terapiyası üçün 8 min 700 avro xərclədiyi məlub olub. Bu terapiyanın bir seansı 6 min 200 avroya başa gəlir.

Meqan Marklın hamiləlik paltarları: 385 min avro
Meqan Markl hamiləlik dönəmində də gündəlik geyim dəbinə hər zaman nəzarət edib. “Glamour” jurnalının apardığı araşdırmaya görə, Meqan Markl hamiləlik dönəmində geyimlərinə 385 min avro pul xərcləyib.

Uşağın doğulduğu xəstəxanaya ödənilən məbləğ:
Kral ailəsi məşhur futbolçu Beckhamın xanımının da öz övladını dünyaya gətirdiyi “Portland” xəstəxanası üçün 15 min avro ödəyib. Bu məbləğin içərisinə ana üçün 5 ulduzlu otel xidməti, 24 saat yemək-içmək servisi, ailə və ziyarətçilər üçün xüsusi gözləmə zallarına ödənilən maliyyə vəsaiti daxildir.
Turan Oruc,
Musavat.com







