Səudiyyə Ərəbistanından olan biznesmen Məhfuz Marey Mübarək bin Məhfuz 1,5 milyon funt sterlinq ianə müqabilində Britaniya imperiyasının ordeninə layiq görülüb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Sunday Times” qəzeti məlumat yayıb.
Qəzetin informasiyasına əsasən, bu medalı almaqda ona Böyük Britaniya krallığının vəliəhd-şahzadəsi Çarlzın müşaviri Maykl Fosset yardım edib.
Maykl Fosset həm də şahzadənin xeyriyyə fondunun icraçı direktoru sayılır. Lakin son hadisə ilə bağlı qalmaqal ortaya çıxdıqdan sonra o, postunu tərk edib. Fondun özü isə bununla bağlı daxili təhqiqata başlayıb.
Qəzetin yazdığına görə, ben Mahfuz hələ 2011-ci ildə Britaniya vətəndaşlığını xüsusi adla almağa cəhd edib. Maykl Fosset isə bunun milyarderin fonda iri məbləğdə pul köçürməsi müqabilində baş tutacağını söyləyib.
Səudiyyəli sahibkar belə bir “məsləhəti” nəzərə alaraq, şahzadə Çarlzın rezidensiya kimi istifadə etdiyi iki tarixi binanın təmirinin maliyyəsini boynuna götürüb və buna görə 1,5 milyon funt xərcləyib. Bundan başqa o, şahzadənin digər layihələrinin də maliyyələşdirilməsində iştirak edib. Nəticədə 2016-cı ildə Ben Mahfuz Britaniya imperiyasının komandoru ordenini alıb.
Musavat.com






