İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kraliçası II Elizabetin əri Filipp 96 yaşında pensiyaya çıxmağa hazırlaşır

590 05.05.2017 02:36 Dünya A A

Böyük Britaniya kraliçası II Elizabetin əri Edinburq hersoqu Filipp ictimai tədbirlərdə iştirak etməmək qərarına gəlib. Bu barədə Bukingem sarayı məlumat verib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, 95 yaşlı Filipp artıq bu ilin payızından ictimai fəaliyyətini dayandıraraq pensiyaya çıxacaq. Edinburq hersoqu rəsmi mərasimlərə yeni dəvətləri qəbul etməyəcək, lakin öz istəyi ilə ictimai tədbirlərə qatıla biləcək.

Bukingem sarayı bu məsələdə kraliçanın öz həyat yoldaşını tam dəstəklədiyini qeyd edib və Filippin səhhəti ilə bağlı heç bir problem olmadığını bildirib. Eyni zamanda, II Elizabet kral ailəsi üzvlərinin dəstəyi ilə öz rəsmi vəzifələrini tam həcmdə icra edəcək.

Bəyanat kral ailəsi köməkçilərinin ölkənin hər yerindən Bukingem sarayına təcili görüşə çağırılması barədə mətbuatda yayılmış informasiyanın ardından verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR