İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kəşfiyyatı: "Ruslar AES-in damlarında atəş nöqtələri qurublar" - FOTO

568 27.04.2023 16:58 Son xəbər A A

Rusiya Ukraynanın Zaporojye Atom Eelektrik Stansiyasının reaktor qurğularının damlarında atəş mövqeləri qurub. Bu, rusların Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna başlayacağı təqdirdə stansiya ərazisində döyüşməyə hazır olduqlarını göstərir.

AzVision.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının yeni hesabatında məlumat verilib.

Məsələn, mart ayına aid peyk görüntülərində Rusiya qoşunlarının nüvə stansiyasının 6 reaktor binasının bir neçəsinin damında qum torbalarından hazırlanmış möhkəmləndirilmiş atəş mövqeləri qurduğu aşkar görünür.

Britaniyalı kəşfiyyatçılar qeyd edirlər ki, bu, işğalçıların AES-i ələ keçirilmələrindən bir il sonra reaktor binalarından taktiki müdafiə planlamasında istifadə etmək niyyətinin ilk sübutudur.

"Rusiya çox güman ki, bu mövqeləri Ukraynanın böyük hücumu perspektivindən narahat olduğu üçün inşa edib. Bu addım ZAES ətrafında döyüşlər olacağı təqdirdə təhlükəsizlik sistemlərinin zədələnməsi ehtimalını artıra bilər", - xülasədə deyilir.

Eyni zamanda, britaniyalılar belə hesab edirlər ki, əgər stansiya uğrunda döyüşlər piyada silahlarının istifadəsi ilə məhdudlaşarsa, "reaktorlara birbaşa ziyan vurmaq" mümkün olmayacaq. Çünki atom elektrik stansiyaları çox davamlı qurulur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR