İnsanlara hürriyət, millətlərə istiqlal!

“Breksit”ə görə on minlərlə britaniyalı İrlandiya pasportu almaq üçün növbəyə düzülüb

975 01.01.2019 16:39 Dünya A A

Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına görə hazırda on minləlrə britanilyalı İrlandiya pasportu almaq üçün növbəyə düzülüb.

“The Guardian” qəzetinin verdiyi məlumata görə, təkcə keçən il 200 minə yaxın britaniyalı bununla bağlı müarciət edib. İrlandiya Respublikası Xarici İşlər Nazirliyinin məlumatına əsasən, bu rəqəm keçən ilki göstərici ilə müqayisədə 22% çoxdur. Nazirlik bu ərizələrin 84855-nin Şimali İrlandiyadan, 98544-nün isə Böyük Birtaniyanın qalan hissələrindən gəldiyini qeyd edib.

İrlandiya qanunlarına görə, irland mənşəyi daşıyan istənilən adam respublika vətəndaşı sayıla bilir. Bu həm də ölkə ərazisində yaşayan britaniyalılara da aiddir.

Böyük Britaniya mətbuatı ölkə polisinin Milli koordinasiya mərkəzinin “Breksit”lə bağlı gözlənilən narazılıqlar və kütləvi iğtişaşlara görə planlarını açıqlayıb.

Müdafiə naziri Kevin Uilyamson isə təxminən 3500 hərbçinin yüksək hazırlıq vəziyyətinə gətirilidiyini söyləyib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR